Logo

Yüksək bal toplayan abituriyent: “Ən prestijli ali məktəbin tələbəsi olmağı arzulayıram”

05.08.2022 12:11 2183 baxış
IMG

I qrup üzrə yüksək bal toplayan abituriyentlər arasında olan Zakir Aslanlı blok imtahanında maksimal nəticə göstərən 11 nəfərdən biridir. O, Bakı şəhəri, Yasamal rayonu 53 saylı tam orta məktəbin məzunudur.  

Tehsil.biz xəbər verir ki, qəbul imtahanlarında ümumi 682 bal toplayan Zakir Aslanlının arzusu Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil almaqdır:

“BANM-ə qəbul olmaq üçün hədəfim 660 balı keçmək idi. Ən prestijli ali məktəbin tələbəsi olmağı arzulayıram. BANM-in yüksək səviyyəli təcrübə proqramları, xarici əlaqələri var. BANM-ə qəbul olmaq üçün ciddi formada hazırlaşırdım, hətta sosial həyatdan bir az geri qalmışdım. Çünki oxumağa məcbur idim. Vaxtımı yalnız dərslərə yönəltmişdim. Yüksək bal toplamaq istəyən gələcək abituriyentlərə məsləhətim odur ki, stabil hazırlaşsın, müəllimin verdiyi bütün tapşırıqları yerinə yetirsinlər. Bir ay belə fasilə vermək hazırlıqda geriləmə yarada bilər”.

Xəbər lenti