Logo

400 bal toplayan abituriyent: "İmtahanlarda özümə güvənirdim"

05.08.2022 12:19 395 baxış
IMG

I ixtisas qrupu üzrə keçirilən imtahanda (blok imtahanı) Sumqayıtdan maksimal nəticə - 400 bal toplayan abituriyentlərdən biri də "İstedad” liseyinin məzunu Nihad Əliyevdir.

Tehsil.biz xəbər verir ki, o, 11-ci sinfin buraxılış imtahanında 257.5 bal yığıb.

Yüksək bal toplayan uğurlu gəncin arzusu Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olmaqdır:

"İmtahanlarda özümə güvənirdim. Təxminən 1,5 saata bütün sualları cavablandırmışdım. 2-3 dəfə yenidən yoxladım. Cavablar çıxanda gözlədiyim nəticə olsa da, rəsmi cavabın öz yeri var deyə, sevindim. Yaxşı nəticə göstərməyim gərgin əməyimin bəhrəsidir".

Nihad öz tövsiyələrini də bölüşüb:

"Məzunlara tövsiyəm o olacaq ki, öz üzərlərində işləsinlər, amma həddən artıq çox işləmək də doğru deyil. Çünki müəyyən yerdən sonra çox oxuyanda əvvəl oxuduqların yaddan çıxa bilir, əsas zamanı düz planlaşdırıb, səylə çalışmaqdır. Valideynlərim də hər zaman mənə inanır, dəstək olublar. Onlar tərəfindən ali məktəbə qəbulla bağlı zərrə qədər də təzyiq, yaxud narazılıq hiss etmədim. Ən önəmlisi isə özünə inamı itirməməkdir".

Xəbər lenti