Logo

BDU ilə Qazaxıstanın Jetısu Dövlət Universiteti arasında əlaqələr müzakirə olunub

05.08.2022 12:33 306 baxış
IMG

Qazaxıstanın İlyas Jansuqurov adına Jetısu Dövlət Universitetinin prorektoru Tokseit Dias Esbayuli Bakı Dövlət Universitetinin (BDU) qonağı olub.

Tehsil.biz xəbər verir ki, görüşdə iştirak edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən BDU-nun fəaliyyəti və beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan bəhs edib.

Tokseit Dias Esbayuli ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. Təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, görüşün məqsədi sırasında elm, təhsil və innovativ texnologiyalar sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qarşılıqlı müzakirə formatında keçirilən görüşdə BDU ilə Jetısu Dövlət Universiteti arasında elm-təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub.

Xəbər lenti