Logo

Sertifikasiya imtahanları keçirilməyəcək?

05.08.2022 15:32 9709 baxış
IMG

Sertifikasiya imtahanlarının keçirilməyəcəyi ilə bağlı iddialar yayılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi məlumat paylaşıb.

Onun sözlərinə görə, iddialarda qeyd olunur ki, Elm və Təhsil Nazirliyinin hansısa müavini yüksəkçinli əməkdaşı sertifikasiya imtahanının olmayacağını bildirib:

"Əvəzində V-XI siniflərə summativ qiymətləndirmə olacaq ki, burada da 50% üzəri nəticəsi olan müəllimin əməkhaqqısı diferensiallaşdırılacaq. Dünəndən başlamaqla bu mövzuda təxminən 50 nəfərdən xəbərin doğru və ya yanlış olub-olmamasını dəqiqləşdirmək üçün ismarış, zəng qəbul etmişəm. Hamısına da deyirəm ki, yalan məlumatdır".

Elçin Əfəndi Elm və Təhsil Nazirliyinin mətbuat xidmətini sərt tənqid edib:

"Cəsarət Valehova zəng edirəm, zəng çatmır, ötən dəfə zəng etdim, cavab vermədi. Nazirliyin bir əməkdaşı çıxıb açıqlama vermir ki, yayılan informasiya dezinformasiyadır. İndi insanlar təşviş içindədir. Zəhmət çəkib açıqlama verin", - deyə təhsil eksperti bildirib.

Xəbər lenti