Logo

Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır

05.08.2022 17:27 582 baxış
IMG

Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.

Qeyd edək ki, avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib.

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.

Həmçinin oxuyun: Valideyn məktəb seçdikdən sonra seçimini dəyişə bilərmi?

Xəbər lenti