Logo

AzTU və Türkiyənin Eskişehir Texniki Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb

05.08.2022 18:45 390 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Eskişehir Texniki Universiteti arasında bakalavriat pilləsində kimya mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb.

Tehsil.biz xəbər verir ki, sənəd AzTU-nun rektoru professor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

Səfər çərçivəsində “Erasmus+” K107 mobillik proqramı üzrə müqavilə və hər iki universitetin resurslarından istifadə etməklə universitet-sənaye işbirliyinin artırılması istiqamətində əməkdaşlıq müqaviləsi də imzalanıb.

Eskişehir Texniki Universitetinin rektoru professor Tuncay Döğeroğlu və AzTU-nun rektoru professor Vilayət Vəliyev imzalanmış müqavilələr üzrə işlərin uğurla həyata keçirilməsi, birgə layihələrin işlənilməsi, müəllim-tələbə mübadiləsi ilə bağlı faydalı müzakirələr aparıblar.

Xəbər lenti