Hollandiyanın Veldhoven şəhərində Dünya Boccia Challenger çempionatında Azərbaycan Boccia İdman Federasiyanın idmançıları fərdi yarışlarda uğurla çıxış ediblər.
Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, 26 ölkənin iştirak etdiyi çempionatda Azərbaycan idmançıları 4 medal qazanıblar.
Paralimpiyaçı Xəyal İslamov (BC4) turnirdə qızıl medala sahib olub.
Çempionatda idmançılarımızdan Sona Ağayeva (BC2), Nərmin Ağayeva (BC4) və Bəhruz Mirzəyev (BC4) bürünc medal qazanaraq 3-cü yeri tutublar.
Yarışda cütlük halında ölkəmizi təmsil edən Zaur Veysəlov və Nərmin Ağayeva Böyük Britaniya təmsilçilərinə 6:1 hesabı ilə qalib gəliblər. Onlar avqustun 5-6-da keçiriləcək cütlük yarışlarında da ölkəmizi təmsil edəcəklər.
Onu da qeyd edək ki, ölkəmizin Boccia komandası çempionatda 12 iştirakçı (7 atlet və 5 müşahidəçi) ilə təmsil olunur. Komandanın baş məşqçisi İlham Məhərrəmovdur.