Logo

Prezident təqaüdçüsü: “Əldə etdiklərimə nəzər yetirdikdə əmin oldum ki, düz etmişəm"

05.08.2022 22:28 529 baxış
IMG

"Bakı Ali Neft Məktəbində digər ixtisaslar kimi Biznesin idarə edilməsi ixtisası da çox yüksək səviyyədə tədris olunur. Mən bu ixtisasın keçib balı – 669.4 balla qəbul olunmuşam. Keçid balını toplayan tələbələr adətən “İxtisası seçməkdə düz etmişəmmi?” sualını özlərinə tez-tez verirlər. Mən isə ilk ilin sonunda BANM-dəki tədrisdən əldə etdiklərimə nəzər yetirdikdə əmin oldum ki, həqiqətən də düz etmişəm. İnanıram ki, növbəti illərdə də keçid balını toplamış tələbələrimiz mənimlə eyni düşünəcəklər”.

Tehsil.biz xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisasının 2-ci kursuna keçən, Prezident təqaüdçüsü Murad Əliyev deyib.

BANM-in tələbəsi bildirir ki, bu Ali Məktəbin verdiyi təhsil, beynəlxalq əlaqələri tələbələrə gələcəkdə bu ixtisas üzrə yüksək şanslar verir:

“BANM-də bizə yalnız iqtisadi və nəzəri biliklər yox, həmçinin, texniki və praktiki biliklər də aşılanır. Bundan əlavə rektor Elmar Qasımov və bütün adminstrativ heyət hər zaman tələbələrlə maraqlanır, onlarla görüşlər keçirir və biz orada problemlərimizə həll tapırıq. Ali Məktəbdəki görüşlərdə ölkənin aparıcı banklarının idarə heyətləri ilə fikir mübadiləsi şanslarımız olur və bir çox hallarda biz bunun sayəsində həmin qurumlarla daha da geniş əməkdaşlıq şanslarına sahib oluruq. İnanıram ki, bunların sayəsində hətta məzun olmamış karyeramızı qura biləcəyik. Bütün bu və sadalamağa yer çatmayacaq digər müsbət səbəblər BANM-də biznesin idarə edilməsi ixtisasını seçməyə yetərlidir”.

Xəbər lenti