Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılıb.
Tehsil.biz xəbər verir ki, məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda aşağıda qeyd olunan istiqamətlərdə müraciət etmək olar:
- Sual (məlumat) xarakterli müraciətləri Elm və Təhsil Nazirliyinin rəsmi vatsap (994512067848) xidmətinə yazmaqla və ya Bakı şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələri ilə bağlı (146-1); ümumi qeydiyyat məsələləri ilə bağlı Çağrı Mərkəzinə (146-6) zəng etməklə;
- Elektron (yazılı) müraciətləri (təklif, ərizə, şikayət) PORTAL.EDU.AZ platformasında qeydiyyatdan keçərək “Vətəndaş müraciətləri” bölməsindən “Şəxsi kabinet” vasitəsilə Elm və Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərməklə;
- Elm və Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə (Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 5) yaxınlaşmaqla;
- Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ
Qeydiyyat mərkəzlərinə (siyahı təqdim olunacaq);
- 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə;
- 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə;
- Proqramın əlaqə bölməsinə.
Xatırladaq ki, məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.
Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.