Logo

Xaçmazda 13 yaşlı yeniyetmə dənizdə batıb

06.08.2022 15:46 348 baxış
IMG

Xəzər dənizində yeniyetmə batıb.

“Report”un Şimal bürosunun məlumatına görə, Şollar kənd sakini, 2009-cu il təvəllüdlü Firudin Loğman oğlu Bağırov dostları ilə “Liman” adlanan ərazidə balıq tutarkən boğulub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti