Logo

Azərbaycanda daha 452 nəfər COVID-19-a yoluxub

06.08.2022 18:20 466 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 5 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 098 nəfərdir.

Ölkədə son sutka ərzində 3 750, hazırkı dövrədək isə 7 066 158 test aparılıb.

Xəbər lenti