Logo

BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib

28.01.2021 15:01 872 baxış
IMG

Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.

 

Tehsil.biz-in xəbərinə görə, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib.

 

Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.

 

Hüquq-mühafizə orqanları tərəfindən fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

 

BSU-dan isə bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək.

Xəbər lenti