Logo

AzTU-nun “SABAH” qruplarının tələbələri mükafatlandırılıb

06.08.2022 19:17 332 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” qruplarının informasiya texnologiyaları ixtisasının III kurs tələbələri Vahid Abbasov, Ehtiram Şükürov, Şahnaz Məmmədova və Sevinc Yaqubzadə “Huawei” şirkətinin keçirdiyi “Seeds for the future” STEM üzrə təlim proqramını uğurla başa vurublar.

Tehsil.biz xəbər verir ki, səkkiz gün davam edən təlimlərdə tələbələrə süni intellekt, rəqəmsal informasiya, bulud mühəndisliyi və 5G haqqında ətraflı məlumat verilib.

Təlimin bağlanış mərasimində Çinin ölkəmizdəki səfiri Qo Min və müxtəlif universitetlərin nümayəndələri iştirak ediblər.

Sonda AzTU “SABAH” qruplarının tələbələrinə mükafat təqdim olunub.

Xəbər lenti