Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

07.08.2022 18:47 352 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 424 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 934, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 196 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 829 027, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 862, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 345 731, pozitiv nəticədən sonra buster doza olunanların sayı 255 918 təşkil edir.

Xəbər lenti