Logo

Əməkdar artist Azad Şükürovla görüş təşkil olunub

07.08.2022 19:49 384 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində aktyor, bədii qiraət ustası, Əməkdar artist Azad Şükürovla görüş keçirilib.

Baş İdarədən bildirilib ki, görüşdə sevimli sənətkarımızın həyat və yaradıcılığına həsr olunan videoçarx, eləcə də rol aldığı tamaşalardan parçalar nümayiş olunub. Azad Şükürov həmçinin maraqlı mövzularda fikirlərini bölüşərək, ifa etdiyi şeirlərlə maraqlı ovqat yaradıb.

Tədbirdə İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, Ağdam "Şur" ansamblının rəhbəri, Əməkdar mədəniyyət işçisi Fərhad Əliyev, Neft milyonçusu Ağa Musa Nağıyevin nəvəsi, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri Gülşən Behbud, Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Nüşabə Ələkbərova və digər qonaqlar iştirak ediblər.

Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov tərəfindən qonağa fəxri fərman təqdim olunub.

Xəbər lenti