Logo

Millət vəkili səs yazısı yayılan direktora DƏSTƏK OLDU

08.08.2022 09:54 3420 baxış
IMG

Milli Məclisin deputatı Fazil Mustafa Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktorunun səs yazısının yayılmasına münasibət bildirib.

Tehsil.biz xəbər verir ki, millət vəkili bu barədə feysbuk hesabında paylaşım edib.

Deputat qeyd edib ki, bu mövqeyine görə təhsil naziri məktəb direktoruna zəng edib təşəkkür etməlidir:

“Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın din adı ilə keçirilən mərasimdə məktəblilərin iştirakının qarşısını almaq üçün müəllimlərə etdiyi çağırış barədə səsyazısı yayıblar. Bu dəyərli məktəb direktorunu hədəf seçiblər. Bu cür məktəb direktoruna şəxsən təhsil naziri zəng edib təşəkkürünü bildirməlidir. Çox gözəl şəkildə Azərbaycan dövlətinin mövqeyindən çıxış edir Nərxanım müəllimə. Uşaqların sağlam yetişməsi üçün fədakarlıq edir, çünki ağlı başında olan hər kəs anlamalıdır ki, uşaqlarımızın üz tutacağı yer məktəbdir, təhsildir, idmandır. Nərxanım müəlliməni hamılıqla dəstəkləyək, bu cür cəsur pedaqoqlarımız cəhalətin qarşısında durmalıdırlar, gələcəyimizi qorumalıdırlar”.

Qeyd edək ki, sosial şəbəkədə Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovaya aid olduğu iddia olunan səs yazısı yayılıb. Yayılan səs yazısında məktəb direktoru müəllimlərə Aşura mərasiminə heç bir şagirdin buraxılmaması ilə bağlı xəbərdarlıq edib. 

Xəbər lenti