Logo

"Təhsilin bərpasından sonra nələr ilə qarşılaşacağımız barədə konkret söz demək olduqca çətindir” - EKSPERT

28.01.2021 19:07 573 baxış
IMG

"Situasiyanın mənfi, yaxud müsbətə doğru dəyişməsi bizim iradəmizdən asılı deyil".

 

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov bildirib.

 

O, növbəti həftə Bakı, Abşeron və digər iri şəhərlərdə məktəbəhazırlıq, icma əsaslı məktəbəqədər qruplar və ibtidai siniflər üzə təhsil bərpa edilir, əyani dərslərin həftədə üç dəfə, kiçik kəndlərdə isə həftədə 4-5 dəfə olmaqla bərpası haqqında qərar verildiyini qeyd edib.

 

"Virus təhlükəsinin mövcud olduğu dövrdə təhsilin qismən də olsa bərpası yoluxma sayının artması riskini bir daha gündəmə gətirir. Valideynlər bir tərəfdən onlayn dərslərdən narazı olsalar da, digər tərəfdən onların virusa yoluxmasından narahatlıq hissi keçirirlər".

 

Nadir İsrafilov bununla bağlı hər şeyi zaman göstərəcəyini bildirib:

 

“Fevralın 1-dən təhsilin qismən bərpası bu prosesin uzunmüddətli olmasına zəmanət vermir. Ola bilər ki, dərslər yenidən dayandırılsın. Mövcud vəziyyətdə  situasiyanın mənfi, yaxud müsbətə doğru dəyişməsi bizim iradəmizdən asılı deyil. Hazırkı rəqəmlərdən də bunu açıq şəkildə görmək mümkündür. Təhsil naziri Emin Əmrullayev də brifinq zamanı qeyd etdi ki, belə məsələlər təkcə nazirliyin mövqeyindən asılı deyil. Nazirlər Kabinetinin bu məsələ ilə bağlı xüsusi qərarı mövcuddur və həmin qaydaları Nazirlər Kabinetinin yanında Fövqəladə komissiya müəyyən edir. Məhz buna görə də, təhsilin bərpasından sonra nələr ilə qarşılaşacağımız barədə konkret söz demək olduqca çətindir”.

Xəbər lenti