Logo

Dövlət reabilitasiya müəssisələrinin nümunəvi nizamnaməsi təsdiqlənib

08.08.2022 22:12 336 baxış
IMG

Dövlət reabilitasiya müəssisələrinin nümunəvi nizamnaməsi təsdiqlənib.

Tehsil.biz xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə təsdiq edilib.

“Dövlət reabilitasiya müəssisəsi haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 may tarixli Qərarı ləğv edilib.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Xəbər lenti