Logo

Abituriyentlərin NƏZƏRİNƏ: "Çətinlik əsasən bu ixtisas qrupu üzrə olacaq"

09.08.2022 00:09 498 baxış
IMG

"Bütün ixtisas qrupları üzrə 680-dən yüksək bal toplayanların sayı azalıb".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert pandemiyadan sonra qəbul imtahanlarının nəticələrinin müsbət mənada dəyişdiyini bildirib:

"Xüsusilə birinci ixtisas qrupu üzrə yüksək bal toplayan şagirdlərin sayı həddən artıqdır. Üçüncü ixtisas qrupu üzrə yüksək nəticə göstərənlərin sayı keçən illə müqayisədə azdır. Son iki ilin nəticələri ilə müqayisədə bu il üçüncü ixtisas qrupu üzrə 680-dən çox bal toplayan abituriyentlərin sayı xeyli azalıb. Bütün ixtisas qrupları arasında təkcə dördüncü ixtisas qrupu üzrə maksimal bal toplayan oldu. Buna baxmayaraq dördüncü qrup üzrə 680-dən çox bal toplayanların sayı azdır”.

Kamran Əsədovun sözlərinə görə, V ixtisas qrupunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına plan yerlərinin azalması müsabiqə şərtini gərginləşdirə bilər:

"“Məşqçi ixtisasına plan yerlərinin azalması həmin ixtisasda az da olsa, balları qaldıracaq. Bu il ali məktəblərə qəbul plan yeri artıb, 51 mindən çox plan yeri var. Bu da keçən illə müqayisədə 6%-ə qədər çoxalma deməkdir. Bu il birinci və üçüncü ixtisas qrupunun abituriyentlərini daha şanslı hesab edirik. Xüsusən birinci ixtisas qrupu üzrə plan yerləri bütün qruplardan daha çoxdur. Çətinlik əsasən ikinci ixtisas qrupu üzrə olacaq. Səbəb isə Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasının üçüncü qrupa keçirilməsidir. Bu ixtisaslar üçüncü ixtisas qrupuna keçirildiyi üçün ikinci qrup üzrə plan yerlərinin sayı azalacaq. Ona görə də abituriyentlər daha diqqətli olmalıdırlar”.

Xəbər lenti