On bir dövlət orqanında mövcud olan 44 vakant vəzifə avqustun 1-dən başlanan daxili müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsahibədə iştirak etmək üçün 84 nəfər qeydiyyatdan keçib. Bu gün saat 09:20-yə olan məlumata görə, müsahibədə uğur qazanmış 20 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin sentyabrın 28-dək keçirilməsi planlaşdırılır.