Logo

Lisey və gimnaziyalara sənəd qəbulu davam edir

09.08.2022 10:45 159 baxış
IMG

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçirilən lisey və gimnaziyalara sənəd qəbulu davam edir.

Tehsil.biz xəbər verir ki, bu mərhələdə lisey seçimi edib qəbul olunan və qəbul olunduğu liseyi təsdiqləyən şagirdlərin sorğusu avtomatik olaraq yaradılacaq.

Qeyd edək ki, sənəd qəbulu avqustun 17-dək davam edəcək. Valideynlər “Şəxsi kabinet”də sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını izləyə bilərlər.

Avqustun 17-dək şagirdlərin ötən tədris ilində təhsil aldıqları məktəbdən şəxsi işləri təhvil alınaraq qəbul olduqları ümumtəhsil müəssisəsinə təqdim edilməlidir. Əks halda, imtahan nəticələri ləğv ediləcək və 2-ci mərhələdə iştirakına icazə verilməyəcək.

Boş qalan yerlərə 2-ci mərhələ vasitəsilə şagird qəbulunun avqustun 19-dan sonra keçirilməsi planlaşdırılır.

Xəbər lenti