Logo

İNHA Universitetinin professoru Jaehyun Park: “ “Yay məktəbi” tələbələrə gözəl imkanlar yaradır”

09.08.2022 11:51 138 baxış
IMG

“Yay məktəbi” tələbələrə gözəl imkanlar yaradır. Bu fikri 2021/2022-ci tədris ilinin davamı olaraq, Bakı Mühəndislik Universitetində (BMU) təşkil edilmiş “Yay məktəbi”nin müəllimi, Koreyanın İNHA Universitetinin professoru Jaehyun Park bildirib.

Tehsil.biz xəbər verir ki, informasiya texnologiyaları üzrə “Rəqəmsal məntiqi dövrələr” (Digital Logic Circuits) fənnini tədris edən professor tədris müddətində “Yay məktəbi” iştirakçılarının motivasiyasının olduqca yüksək olduğunu, dərslərdə öyrəndikləri nəzəri bilikləri təcrübədə həvəslə tətbiq etdiklərini dilə gətirib: “Mən də öz növbəmdə, belə tələbələrlə işləməkdən çox məmnunam”.

Qeyd edək ki, “Yay məktəbi” BMU ilə İNHA arasında icra olunan beynəlxalq ikili diplom proqramı çərçivəsində təşkil edilib. 3 həftəlik tədris müddətində İNHA Universitetinin 9 nəfər professor-müəllim heyəti tərəfindən BMU tələbələrinə İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə dərslər keçirilib.

Xəbər lenti