Logo

UFAZ-a qəbul imtahanının nəticələri məlum olub

09.08.2022 12:02 343 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022-2023-cü tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul imtahanının nəticələri açıqlanıb.

UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, imtahan nəticələri barədə abituriyentlərə məlumat çatdırılıb.

Qeyd edək ki, qəbul imtahanında 424 nəfər iştirak edib.

Qəbul imtahanının nəticələrindən asılı olaraq UFAZ-da tələbələrə dövlət (120 yer) və ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur.

Xəbər lenti