Logo

Əmək bazarındakı ixtisassız işçilər peşə təhsilinə cəlb olunacaq

09.08.2022 12:24 437 baxış
IMG

2022-2026-cı illər ərzində peşə təhsilində qısamüddətli təlimlər təşkil olunacaq. Əmək bazarında ixtisassız işçilər peşə təhsilinə cəlb ediləcək (işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsi yolu ilə). Dövrün sonuna qədər 4 min nəfərin peşə təhsilində qısamüddətli təlimlərdə iştirakı nəzərdə tutulur. Nəticədə əmək bazarında ixtisassız işçilərin sayı azalacaq.

Tehsil.biz xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Xəbər lenti