Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən “Könüllü mühasib” layihəsinə start verilir.
Tehsil.biz xəbər verir ki, layihədə bakalavr və ya magistr təhsili mühasibatlıq olan, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən Dövlət qulluğu vəzifələri üzrə test imtahanında iştirak edərək müvafiq sertifikatı əldə etmiş şəxslər iştirak edə bilərlər. Layihədə iştirak etmək istəyən şəxslər öz tərcümeyi halını Muhasibatlı[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix 11 avqust 2022-ci ildir. Müraciət etmiş namizədlər müsahibə mərhələsində iştirak etdikdən sonra layihədə iştirak edə biləcəklər. Layihə 11-25 avqust tarixlərini əhatə edəcək.
Layihənin yekununda iştirakçılara GDRTİ tərəfindən sertifikat təqdim olunacaq.