Logo

Bağçalara işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi hazırlanıb

09.08.2022 18:51 531 baxış
IMG

2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlanıb.

Bu barədə “Tehsil.biz"ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sənədlər toplusu məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Məlumat kitabçasında namizədlərin müsabiqəyə hazırlığına kömək məqsədilə müxtəlif fənlər üzrə əsas mövzular verilib. Çərçivə sənədi ilə Təhsil İnstitutunun saytında tanış olmaq mümkündür.

Xəbər lenti