2022-2026-cı illər ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda sertifikasiya sistemi təkmilləşdiriləcək. Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları davamlı yenilənəcək. Nəticədə müasir bilik və bacarıqlara əsaslanan yeni sertifikasiya sistemi inkişaf edəcək.
Tehsil.biz xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 22-də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.