Azərbaycan muğam sənətinin parlaq nümayəndəsi, dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun 65 yaşı tamam olur.
Tehsil.biz xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Alim Qasımovun 65 illik yubileyi münasibətilə sənətkarla görüş keçirib. A.Qasımova mədəniyyət naziri Anar Kərimovun təbrik teleqramını çatdıran E.Əliyev onu doğum günü münasibəti ilə təbrik edərək sənətkara möhkəm cansağlığı, yeni nailiyyət və yaradıcılıq uğurları arzulayıb.
Görüş zamanı həmçinin A.Qasımovun yaradıcılıq planları, gələcəkdə nəzərdə tutulan tədbirlər müzakirə olunub.