Avqustun 9-da Quba rayonunda təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar ibtidai sinif müəllimlərilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev, Qusar rayonu üzrə təhsil sektorunun müdiri Nairə Kliçova, Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, həmçinin Quba və Qusar rayonlarının ümumtəhsil müəssisələrinin ibtidai sinif müəllimləri iştirak ediblər.
Görüşün əvvəlində N. Mehdiyeva çıxış edərək sertifikasiyanın qiymətləndirmə çərçivəsini şərh edib, imtahanın məzmunu və təşkili qaydaları ilə bağlı ətraflı məlumat verərək sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına müsbət təsirləri barədə danışıb.
Daha sonra görüş müzakirə və sual-cavab formatında davam edib. Müəllimləri maraqlandıran suallar cavablandırılıb.