“Buraxılış imtahanının nəticəsi iki il qüvvədə qalır. Ötən ilin məzunları bu il buraxılış imtahanı da verməyə bilər və keçənilki nəticə ilə ikinci mərhələdə iştirak edə bilərlər”.
Tehsil.biz-in xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
O həmçinin bildirib ki, magistraturaya qəbul üçün iki dəfə şans veriləcək: “İmtahan verən şəxs hər iki imtahanda iştirak etsə də, maksimal bal topladığı imtahanın nəticəsi əsas götürüləcək”.