Logo

Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

10.08.2022 21:09 426 baxış
IMG

Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasda Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı

Dövlət İmtahan Mərkəzinin 2022-ci il aprelin 21-də elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı Aytən Elxan qızı Rəhimlinin, Səbinə İlqar qızı Əhədlinin və Şəmsiyyə Zakir qızı Əzizlinin apellyasiya şikayətlərinə baxılıb.

İclas zamanı adları çəkilən namizədlərin müsahibələrlə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzinin 3 avqust 2022-ci il tarixli məktubu ilə təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. Sonda Apellyasıya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair qərarlar qəbul edilib.

Aytən Elxan qızı Rəhimlinin şikayəti ilə bağlı qəbul edilən Qərara əsasən iyulun 15-də onunla keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək namizəd iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilib.

Səbinə İlqar qızı Əhədlinin və Şəmsiyyə Zakir qızı Əzizlinin şikayətləri ilə əlaqədar qəbul edilən qərarlara əsasən isə həmin namizədlərlə müvafiq olaraq 15 və 20 iyul 2022-ci il tarixlərində keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xəbər lenti