Logo

Şuşada düşmən “izləri” - FOTOREPORTAJ

11.08.2022 19:25 119 baxış
IMG

Erməni quldurları 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan ərazilərində misli görünməmiş dağıntı və vəhşilik törədiblər.

“Report”un əməkdaşı Şuşada xarabalığa çevrilən Qarabağ ipək kombinatının toxuculuq sexinə, dağıdılmış evlərə baş çəkib.

Qala şəhərdə hər addımda erməni vandalizminə rast gəlmək mümkündür.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci ilin mayın 8-də ermənilər tərəfindən işğal olunub. Şəhər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı 2020-ci ilin noyabrın 8-də düşmən tapdağından azad edilib. Hazırda Şuşa şəhərində yenidənqurma, bərpa və quruculuq işləri həyata keçirilir. Artıq son iki ilə yaxın müddət ərzində şəhər bir neçə mühüm və beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hazırda Şuşada yenidənqurma, bərpa və quruculuq işləri davam etdirilir.

Prezident İlham Əliyevin ötən ilin mayın 7-də imzaladığı sərəncamla Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Eyni zamanda TÜRKSOY Daimi Şurasının bu il keçirilən növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün Türk Dünyasının mədəniyyət paytaxtı elan olunub.

Azərbaycanın və türk dünyasının mədəniyyəti paytaxtından fotoreportajı təqdim edirik:

Xəbər lenti