11 avqustda Neftçala rayonunda “Məktəbdaxili qiymətləndirmənin həyata keçirilməsi və rəqəmsal bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim təşkil olunub.
Tehsil.biz xəbər verir ki, təlimdə ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak edib.
Şirvan -Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Varis Qasımlı təlim iştirakçıları ilə qiymətləndirmənin növləri, məktəbdaxili qiymətləndirmənin təşkili, rəqəmsal qiymətləndirmənin əhəmiyyəti və təşkili kimi mövzularda müzakirə aparıb.