Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-tədqiqat İnstitutunda növbəti onlayn seminar keçirilib.
Seminarda “Kondensə olunmuş hal fizikası” şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı Nadir Abdullayev “MnBi2Te4(Bi2Te3)n n=0, 1, 2 sisteminə aid olan yeni maqnit topoloji izolyatorlar” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda MnBi2Te4(Bi2Te3)n n=0, 1, 2 sisteminə aid olan yeni maqnit topoloji izolyatorlar spintronika, aksion elektrodinamika, enerji itkisi olmayan elektronika və s. üçün perspektiv materiallar haqqında məlumat verib. Bu birləşmələrin geniş temperatur intervalında (1.4-300K) və maqnit sahələrində (0-8Tl) quruluşu, rentgen difraksiyası, raman səpilməsi, elektrik və galvanomaqnit xassələrinə (maqnit müqaviməti və anomal Holl effekti), maqnit xassələrinə (maqnitlənmə və maqnit nüfuzluğu) aid təcrübi nəticələr təqdim olunub və onların izahı verilib.
Sonda N.Abdullayev mövzu ətrafında sualları cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.