Qərbi Kaspi Universitetinin əməkdaşları Association of European Studies in Caucasus təşkilatının (Qafqazda Avropaşünaslıq Assosiasiyasının) ümumi assambleyasında iştirak edib.
Tehsil.biz xəbər verir ki, görüşdə Avropa Kommissiyasının Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi ilə birgə həyata keçirilən Jean Monnet layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda Qafqazda Avropaşünaslıq sahəsi ilə bağlı trendlər və yeni imkanlar nəzərdən keçirilib.