Logo

BDU-nun 1129 bakalavr və magistri yay semestri dərslərində iştirak edir - FOTO

12.08.2022 13:29 167 baxış
IMG

Bakı Dövlət Universitetində 2021/2022-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borcların ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi məqsədilə müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən yay semestri təşkil edilib.

Tehsil.biz xəbər verir ki, Elmi Şuranın 08 iyul 2022-ci il tarixli, 08 nömrəli qərarına əsasən, BDU-da yay semestrinin ənənəvi qaydada və “Blackboard” elektron tədris platforması vasitəsilə onlayn şəkildə 25 iyul tarixindən 6 həftə ərzində keçirilməsi nəzərdə tutulub.

Ümumilikdə yay semestri dərslərində 206 fənn üzrə 1104 bakalavr və 25 magistr iştirak edir.

Xəbər lenti