Logo

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 2083 nəfər qeydiyyatdan keçib

12.08.2022 15:59 459 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə avqustun 21-də keçiriləcək test imtahanına qeydiyyat başa çatıb.

Tehsil.biz DİM-in saytına istinadla xəbər verir ki, imtahan vermək üçün 2083 (BA - 620, BB - 1463) nəfər qeydiyyatdan keçib. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə test imtahanında iştirak edir.

Xəbər lenti