Logo

Peşə təhsili almaq istəyənlərin statistikası açıqlanıb

12.08.2022 18:51 148 baxış
IMG

2022/2023-cü tədris ili üçün peşə təhsil müəssisələrinə qəbul olunmaq üçün 22 min 16 nəfər müraciət edib.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, builki müraciət sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çoxdur.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsinə avqustun 1-də start verilib, avqustun 12-dək davam edib. Qəbul 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb.

Xəbər lenti