Logo

Təhsil naziri BDU-nun Himayəçilər Şurasının toplantısında iştirak edib

29.01.2021 19:54 1075 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev bu gün Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının toplantısında iştirak edib.

 

Tehsil.biz xəbər verir ki, Himayəçilər Şurasının üzvləri ilə birgə universitetdə görülən işləri və ali təhsil müəssisəsinin inkişaf strategiyasını müzakirə edilib.


E.Əmrullayev daha sonra universitetin əsaslı təmir olunmuş tələbə yataqxanası ilə tanış olub.

 

Beşmərtəbəli yataqxana binasında 220 nəfər tələbə üçün hər cür şərait yaradılıb.

Xəbər lenti