Logo

Daşkənd Dövlət Nəqliyyat Universitetinin rektoru AzTU-da olub - FOTO

12.08.2022 23:35 239 baxış
IMG

Daşkənd Dövlət Nəqliyyat Universitetinin rektoru Odil Abdurahmanov Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə rektorlar rəhbərlik etdikləri universitetlərdə görülən işlər haqqında ətraflı məlumat veriblər. Söhbət zamanı AzTU ilə Daşkənd Dövlət Nəqliyyat Universiteti arasında müvafiq sahələr üzrə əməkdaşlıq istiqamətləri müəyyənləşib. Qeyd olunub ki, hər iki universitet logistika və nəqliyyat problemləri üzrə birgə tədqiqat mərkəzinin yaradılması, Azərbaycan və Özbəkistan şəhərləri üçün mobillik planlarının hazırlanması, elektrik avtomobilinin prototipinin birgə hazırlanması ilə bağlı əməkdaşlıq edə bilər. Bu layihələrin həyata keçirilməsində AzTU-nun Logistika və Nəqliyyat İnstitutu və Nəqliyyat və logistika fakültəsi ilə Daşkənd Dövlət Nəqliyyat Universitetinin Avtomobil mühəndisliyi və İntellektual nəqliyyat sistemləri mühəndisliyi kafedralarının birgə fəaliyyət göstərəcəyi də diqqətə çatdırılıb.

Görüşdən sonra qonaq AzTU-da görülən işlərlə yaxından tanış olub.

 

Xəbər lenti