Logo

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları nə vaxt elan olunacaq?

13.08.2022 09:33 558 baxış
IMG

2022/2023-cü tədris ili üçün peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun I mərhələsinin cavabları avqustun 20-də elan olunacaq.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron sənəd qəbulunda peşə təhsili almaq istəyən 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub.

Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi avqustun 1-dən 12-dək davam edib. Qəbul 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb.

Xəbər lenti