Logo

Məqalə müsabiqəsi: Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir

13.08.2022 10:10 132 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi “Şuşanın sosial-iqtisadi dirçəldilməsi Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsi elan edir.

UNEC-dən bildirilib ki, müsabiqə “Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalar və konseptual baxışlar”, “Şuşa şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri”, “Şuşanın resurs potensialının təhlili və qiymətləndirilməsi”, “Şuşada mədəniyyət iqtisadiyyatının inkişaf etdirilməsi yolları”, “Şuşa şəhərinin dirçəldilməsinin Azərbaycanın tərəqqisinin yeni zirvəyə qaldırılmasında strateji əhəmiyyəti” istiqamətləri üzrə keçirilir.

Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi, Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.

Mükafatlandırma professor-müəllim heyəti və doktorant, magistr və tələbələr üçün ayrıca nəzərdə tutulur.

Professor-müəllim heyəti üçün I yerə 500 manat, II yerə 300 manat, III yerə 200 manat veriləcək. Doktorant, magistr və tələbələr üçün isə I yerə 300 manat, II yerə 200 manat, III yerə 100 manat olacaq.

Hər iki heyət üzrə ilk onluğa düşən məqalələr üçün sertifikat təqdim ediləcək.

Komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron-kitab formatında hazırlanacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər məqalələrini oktyabrın 10-dək [email protected] ünvanına göndərməlidir. Məqalələr Azərbaycan, türk, ingilis və rus dillərində təqdim edilə bilər. Nəticələr noyabrın 1-də elan olunacaq.

Mükafatlandırma mərasimi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti