Logo

AzTU-nun magistraturasının boş qalan yerlərinə qəbul aparılır

13.08.2022 16:17 372 baxış
IMG

Azərbaycan Texniki Universitetinin magistraturasının dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi (vaqon və vaqon təsərrüfatı) ixtisaslaşması üzrə qəbul elan edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə məlumat “Magistr” jurnalının 6-cı sayında yer alıb. Bildirilib ki, 8 nömrəli proqrama aid bu ixtisaslaşmalara qəbul əyani formada Azərbaycan bölməsində ödənişli əsaslarla aparılır.

Azərbaycan və rus bölmələri üzrə dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi (vaqon və vaqon təsərrüfatı) ixtisaslaşması üzrə qəbul həm də Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Universiteti ilə birgə aparılır. Tədris ingilis dilindədir. Qeyd olunan ixtisaslaşmaya qəbul yalnız ödənişli əsaslarla aparılır.

2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi avqustun 14-dək davam edəcək. Boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Xəbər lenti