Logo

İki ildir, tikilən uşaq bağçaları niyə istifadəyə verilmir? - NARAZILIQ

13.08.2022 18:29 610 baxış
IMG

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən MİDA kompleksində yaşayan valideynlər kompleksin həyətindəki iki uşaq bağçasının istismara hazır olmasından, lakin hələ də fəaliyyət göstərməməsindən narazıdırlar. Bu isə işləyən valideynlər üçün müəyyən çətinlik yaradır. Məcbur qalan sakinlər övladlarını daha uzaq məsafələrdə yerləşən bağçalara aparmalı olurlar.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunanlara görə, valideynlər iddia edir ki, bəzi bağçalar ümumiyyətlə uşaqlara yaxın durmur. Bəzi valideyinlər isə övladlarını məcburən özləri ilə işə aparmalı olurlar. Dəfələrlə bir sıra müvafiq qurumlara müraciət etmələrinə baxmayaraq, problem həllini tapmayıb.

Bununla bağlı Elm və Təhsil Nazirliyindən bildiriblər ki, qeyd edilən məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi sənədləşmə işləri yekunlaşdıqdan sonra nəzərdə tutulur. Amma hələ dəqiq tarix bəlli deyil. 2020-ci ildən hazır olan bağçalarda hələ də sənədləşmə işləri davam etdirilir.

Xəbər lenti