Logo

Bu ölkə rus dilinin istifadəsini məhdudlaşdıracaq

15.08.2022 00:42 427 baxış
IMG

Latviyanın Ədliyyə naziri Yanis Bordans bildirib ki, ölkə hakimiyyəti işdə və ictimai yerlərdə rus dilindən istifadəni məhdudlaşdırmaq istəyir.

Tehsil.biz Publika.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxın vaxtlarda müvafiq qanun hökuməti formalaşdıran partiyaların müzakirəsinə göndərilə bilər, ondan sonra Seymə təqdim olunacaq.

“Malların satışı və ya xidmətlərin göstərilməsi zamanı Avropa İttifaqının dili olmayan bir dilin istifadəsinə qadağa qoymalıyıq” – Bordans deyib.

O, əlavə edib ki, rus dili telefon və bank mesajlarından da çıxarıla bilər. Nazir qeyd edib ki, Latviyada ictimai yerlərdə latış və rus dillərinin eyni vaxtda istifadəsi praktikası möhkəmlənib və onun fikrincə, bu, qəbuledilməzdir. “Ancaq cəmiyyət bilməlidir ki, latış dili işgüzar münasibətlər, eləcə də iş yerində ünsiyyət üçün istifadə olunmalıdır”, - Bordans vurğulayıb.

O, izah edib ki, qanun namizədin rus dilini bilməsini tələb edən iş elanlarına şamil edilə bilər.

Bundan əvvəl Latviya Prezidenti Egils Levits rus dilini işğalın yadigarı adlandırıb və ölkədə onun ingilis dili ilə əvəz olunacağını bildirib. Onun sözlərinə görə, latviyalıların əksəriyyəti rus dilini bilmədikləri üçün əmək bazarında ayrı-seçkiliklə üzləşirlər və bunu dəyişmək lazımdır.

Xəbər lenti