Logo

Ayın qədim Yerin bir hissəsi olduğuna daha sübut tapılıb

15.08.2022 01:27 334 baxış
IMG

Sürix Universitetinin geofizikləri Ayın vaxtilə Yerin bir hissəsi olduğuna dair yeni sübutlar tapıblar.

Tehsil.biz Gazeta.ru-ya istinadən xəbər verir k, ayın mənşəyi ilə bağlı bəzi fərziyyələrə görə, o, bu və ya digər səbəbdən - məsələn, təxminən 4,5 milyard il əvvəl Mars ölçüsündə olan obyektlə toqquşmadan sonra gənc Yerdən ayrılan maddədən əmələ gəlib.

Bu versiyanı sınaqdan keçirmək üçün alimlər Antarktida buzundan çıxarılmış altı Ay meteoritinin kimyəvi tərkibini öyrəniblər. Bunun üçün kütlə spektrometrindən istifadə edilib.

Qeyd edək ki, bu fraqmentlər Ayın digər kosmik cisimlərlə toqquşması nəticəsində Yerə düşür.

Təhlillər nəticəsində alimlər müəyyən ediblər ki, Ay meteoritlərinin tərkibində olan helium və neon inert qazlarının izotopları Günəş küləyində tapılan izotoplarla (ionlaşmış hissəciklər axını) üst-üstə düşür.

Alimlərin fikrincə, Ay qayaları heç vaxt buna məruz qalmayıb.

Arqon izotopunun xarakterik konsentrasiyası ilə birlikdə, bu, sözügedən maddələrin Yerdən miras alındığı nəzəriyyəsini dəstəkləyir.

Xəbər lenti