Logo

X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb

15.08.2022 13:42 341 baxış
IMG

15 avqust saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib.

Tehsil.biz xəbər verir ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Xəbər lenti