Azərbaycanda ali təhsil müəssisələrinin fevralın 15-də gözlənilən açılışının təxirə salınacağı proqnozlaşdırılır.
Bunun ölkədə koronavirus infeksiyasının yeni ştammının yayılmasının qarşısının alınması ilə əlaqədar olduğu ehtimal edilir.
Hazırda bununla bağlı müvafiq qurumlar tərəfindən müzakirələrin aparıldığı və sanitar-epidemioloji vəziyyətin təhlil olunduğu barədə məlumatlar var.
Buna görə də, müzakirələrdən sonra ali təhsil müəssisələrinin açılıb-açılmayacağı ilə bağlı fevralın 10-da yekun qərar veriləcək.
Qeyd edək ki, dünyanın bir çok ölkələrində koronavirusun yeni mutasiyası sürətlə yayılıb.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili bərpa olunur. İbtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir. Belə ki, 1-4-cü siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpasına qərar verilib.
Report.az