Logo

SABAH qruplarına müəllim seçimi davam edir

15.08.2022 15:40 117 baxış
IMG

2022-2023-cü tədris ilində SABAH qruplarının müvafiq ixtisasları üzrə vakant yerlər üçün müsabiqə davam edir.

Tehsil.biz xəbər verir ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən namizədlər 15 avqust saat 00:00-dək müraciət formasını (https://docs.google.com/.../1TJeGYgjLapck3q.../closedform...) doldurmalıdırlar.

Müvafiq fənnlər üzrə vakant yerlərin siyahısı müraciət formasına daxil edilib.

Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatı linkə (http://sabah.edu.az) daxil olaraq "Tədbirlər və elanlar" bölməsindən əldə edə bilərsiniz.

Xəbər lenti