Logo

Gömrük Akademiyasının tələbələri "Yay Fest 2022"nin "Dəmir Yumruq" düşərgəsində iştirak ediblər

15.08.2022 15:57 123 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri ölkənin ən böyük gənclər festivalı olan "Yay Fest 2022"nin "Dəmir Yumruq" düşərgəsində iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsi məqsədilə təşkil edilən düşərgədə tələbələrimiz həm hərbi, həm də digər mövzularla bağlı maarifləndirici təlimlərdə iştirak edib, müxtəlif idman və stolüstü oyunlar oynayıb asudə vaxtlarını səmərəli və əyləncəli keçiriblər.

Gənclərimiz ekstremal şəraitdə davranış qaydaları və həyatda qala bilmə bacarıqları haqqında Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabit və gizir heyəti tərəfindən keçirilən praktiki təlimdə də iştirak ediblər. Düşərgə çərçivəsində tələbələrimiz həmçinin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən sərgidə müxtəlif növ silah-sursat və digər avadanlıqlarla tanış olublar.

Xəbər lenti